Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, fakültə Tələbə Gənclər Təşkilatının sədri Aynar Əhmədova və fəal tələbələr Bakı şəhərində faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub, abidə önünə gül dəstələri düzülüb.