A

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Xocalı qırğını: unudulmamış vəhşilik” mövzusunda seminar keçirilib.

Seminar Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, Xocalı soyqırımının Azərbaycan xalqının tarixində ən ağır və faciəli səhifələrdən biri olduğunu qeyd edib, bu hadisələrin unudulmamasının və gələcək nəsillərə düzgün şəkildə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib, gənclərin milli yaddaşının formalaşdırılması, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından belə maarifləndirici tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra fakültə Tələbə Gənclər Təşkilatının sədri Aynar Əhmədova “Xocalı qırğını: unudulmamış vəhşilik” mövzusunda təqdimatla çıxış edərək Xocalı faciəsinin tarixi xronologiyası, hadisələrin gedişatı və dinc əhaliyə qarşı törədilmiş insanlığa sığmayan cinayətlər barədə ətraflı məlumat verib, faktlar, foto və arxiv materialları əsasında faciənin miqyasını diqqətə çatdıraraq, Xocalının təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin yaddaşında qara ləkə kimi qalmalı olan bir soyqırımı olduğunu vurğulayıb.

Seminarın sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR