A

29-31 may 2020-ci il tarixlərində UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) təşkilatçılığı ilə “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı” təşkil olunacaq.

Konfransda dünyanın 20-dən çox ölkəsindən 300-dən çox gənc tədqiqatçı magistr və doktorant məruzə ilə çıxış edəcəklər. Mayın 29-da keçirilən açılış mərasimində ABŞ, Rusiya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin magistr və doktorantlarının iştirakı ilə 4 dildə (azərbaycan, ingilis, rus və türk) plenar çıxışlar olacaq. Azərbaycandan Kamal Mirzəyev “Strateji İnsan Resursları Sistemində Təmin Fəaliyyətinin Ölçülməsi və Qiymətləndirilməsi” , ABŞ-dan Sevinc Məmmədova “The Role of Education in Economics”, Türkiyədən Sezgin Uysal “Politik Risk ve Enerji Fiyatları İlişkisi İktisat Tarihinden Doğal Bir Deney” və Rusiyadan Alexander Lyash “Эффективное Управление Денежными Средствами На Основе Финансовых Технологий” mövzularında plenar çıxışlarını online olaraq təqdim edəcəklər.

Qeyd etmək lazımdır ki, COVID – 19 pandemiyası ilə əlaqədar olaraq dünyada və ölkəmizdə yaranmış cari vəziyyət nəzərə alınaraq, konfransın açılış mərasiminin və konfrans seksiyalarının distant şəkildə təşkil olunması nəzərdə tutulub. Bu istiqamətdə UNEC Extern Mərkəzinin də imkanları nəzərə alınaraq, fəaliyyət planı hazırlanıb.

Konfransın açılış mərasimində UNEC rektorunun, dövlət və özəl sektor nümayəndələrinin iştirakı və çıxışları gözlənilir. Ümumilikdə 500-dən çox nəfərin onlayn açılış mərasimində iştirakı planlaşdırılır.

Builki konfransda iştirak üçün 431 məruzə konfransa göndərilib və onlardan elm komitəsi tərəfindən konfransda çıxış üçün uyğun görülən 325 məruzə seçilərək müəlliflərə qəbul məktubları göndərilib. Konfransın xülasələr kitabı hazırlanıb. Konfransda məruzə çıxışları 72 seksiyada və seksiya  sədrlərinin rəhbərliyi ilə ZOOM platforması vasitəsi ilə təşkil olunacaq və məruzəsini etmiş hər bir iştirakçıya seksiya bitdikdən dərhal sonra məruzəçi sertifikatı online olaraq göndəriləcək. Bundan başqa, seçilmiş keyfiyyətli tədqiqat işləri beynəlxalq ISBN nömrəsi ilə tam mətn məruzələr kitabı formatında online olaraq nəşr olunacaq və konfransın rəsmi internet səhifəsində yerləşdiriləcək. Ötən il olduğu, kimi bu il də konfransın təşkilatçılığında baş sponsorluğu Paşa Holdinq Şirkətlər Qrupu həyata keçirir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay