24-26 may tarixlərində Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 2-ci beynəlxalq konfrans (PLMO 2023) keçiriləcək.

Konfransın təşkilatçıları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, Sileziya Texnologiya Universiteti (Polşa), Daşkənd Dövlət Nəqliyyat Universiteti və Gürcüstan Texniki Universitetidir.

Konfransın məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək Şərq - Qərb Nəqliyyat Dəhlizi ilə yüklərin daşınması üçün təchizat zəncirində mövcud elmi və praktiki problemləri müzakirə etməkdir.

Konfransın istiqamətləri:

  • Müasir logistika və Şərq-Qərb Nəqliyyat Dəhlizi;

(logistika mərkəzləri; inteqrasiya olunmuş nəqliyyat sistemləri; intermodal, multimodal və kombinə edilmiş nəqliyyat)

  • Azərbaycanda Vahid Nəqliyyat və Logistika Strategiyasının həyata keçirilməsi;

(Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində potensial rolu nəzərə alınmaqla tranzit nəqliyyatın inkişafı, tranzit nəqliyyat və logistika əməliyyatlarının təkmilləşdirilməsi üçün hüquqi və normativ bazanın hazırlanması)

  • Tranzit nəqliyyat və logistikanın inkişaf etdirilməsi üçün rəqəmsal texnologiyalardan istifadə;

(beynəlxalq nəqliyyat iştirakçılarının vahid rəqəmsal platformaya inteqrasiyası daxil olmaqla)

  • İqtisadiyyatın müxtəlif sahələrində innovasiyalar üçün imkanlar;

(nəqliyyat və logistikada rəqəmsal gömrük və proqnozlaşdırmanın inkişafı daxil olmaqla)

  • Nəqliyyatda idarəetmə sistemləri;

(intellektual sistemlər daxil olmaqla)

  • Müxtəlif nəqliyyat növləri üçün yeni texniki və texnoloji həllər;

(dəmir yolu nəqliyyatı, avtomobil nəqliyyatı, hava nəqliyyatı, dəniz nəqliyyatı, daxili nəqliyyat, boru kəməri nəqliyyatı və sənaye nəqliyyatı)

  • Nəqliyyat vasitələrinin və infrastruktur obyektlərinin texniki monitorinqi və

diaqnostikası;

(nəqliyyat sistemlərinin təhlükəsizliyi daxil olmaqla)

  • Nəqliyyat və Logistika sektorunun və tranzit yük daşımalarının rəqəmsallaşdırılması;

(Sənaye 4.0, milli eLogistika sistemləri, rəqəmsal nəqliyyat dəhlizləri və platformaları, beynəlxalq tranzit yük daşımaları üçün nəqliyyat-logistika sistemlərinin inteqrasiyası və s.)

  • Nəqliyyatda riyazi modelləşdirmə;

(ehtimal nəzəriyyəsi və statistik metodları, qeyri-səlis məntiq metodları, determinik modellər və s.)

  • Nəqliyyat və ekoloji problemlər;

(havanın çirklənməsi, ətraf mühitin zərərli maddələrlə, o cümlədən işlənmiş qazlarla çirklənməsi, səs-küy, vibrasiya, istilik əmələ gəlməsi)

  • Nəqliyyat sənayesində təhsil.

(Təhsildə İT, distant təhsil, elektron simulyatorlar və təlim sistemləri)

Konfransın işçi dilləri - azərbaycan, ingilis, və rus.

Əhəmiyyətli tarixlər:

15 aprel 2023-cü il tarixinədək - konfransa qeydiyyat;

15 aprel 2023-cü il tarixinədək - məqalələrin tam mətninin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına təqdim edilməsi;

1 may 2023-cü il tarixinədək – konfransa təqdim edilmiş məqalələrin ekspert rəyindən keçirilməsi;

Qeyd: Proqram Komitəsi tərəfindən məqalələrin qəbulu və ya imtina edilməsi barədə müəlliflərə məlumat veriləcəkdir. Viza tələb edən iştirakçılar məqalə qəbulu təsdiqləndikdən sonra rəsmi dəvət almaq üçün Təşkilat Komitəsi ilə əlaqə saxlamalıdırlar.

10 may 2023-cü il tarixinədək – məqalə qəbulu təsdiqləndikdən sonra konfransın ödəniş qəbzinin skan edilmiş surətinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməsi.

Məqalələr (ingilis dilində 10 səhifəyə qədər) konfrans materiallarının bir cildində çap olunacaqdır. Məqalələrdə elmi və ya praktiki əhəmiyyətə malik orijinal tədqiqat məlumatlarının əks olunması zəruridir. Proqram Komitəsi təqdim edilən materialları konfransın istiqamətlərinə uyğun qəbul etmə hüququna malikdir. Digər nəşrlərdə çap edilən və qoyulan tələblərə cavab verməyən materiallar qəbul edilməyəcəkdir.

Konfrans materiallarının tərtibinə qoyulan tələblər qoşmada verilmişdir (və ya https://conf.cyber.az/index.html#submission)

Ətraflı məlumat üçün konfransın Veb saytına keçid edə bilərsiniz: http://conf.cyber.az/

Konfransın təşkilat komitəsi ilə əlaqə:

(+994 12) 539-13-68
(+994 50) 212-59-13

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Ünvan: İdarəetmə Sistemləri İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 68

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay