A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə 4 mart 2024-cü il tarixində, saat 11:00-da universitetin xanım əməkdaşları və tələbələri üçün "8 Mart Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş "Azərbaycan Qadınlarının Gücü" adlı tədbir keçiriləcək.

Tədbir çərçivəsində II mərhələdən ibarət müsabiqə təşkil olunacaq.

Hər birinizdən xahiş edirik ki, aşağıdakı sorğuda iştirak edəsiniz. Sorğuda iştirak edənlər müsabiqənin 1-ci mərhələsindən keçərək, müsabiqədə iştirak etmək hüququ qazanacalar. Müsabiqəni uğurla başa vuran  15 ən uğurlu xanım tələbələr 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "UNEC Qadınlarının Gücü" adlı tədbirdə iştirak etmək şansı qazanaraq, mükafatlandırılacaqlar. Tədbirdə xanım millət vəkilləri, xanım sahibkarlar, bir çox uğur qazanmış xanımlar və surpriz qonaqlar iştirak edəcək.

  1. Siz özünüzü nə üçün uğurlu hesab edirsiniz?
  2. Hansı uğurlarınız var?
  3. Sizcə uğurlu xanım olmağın sirri nədir?
  4. Xanımlara tövsiyəniz nə olardı?

CV-i və qeyd olunan sualların cavabını, özünüz haqqında məlumatları (soyad, ad, ata adı, fakültə, kurs, qrup) WORD formatında Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına göndərməyiniz xahiş olunur.

Əlavə məlumat üçün:

+994 55 921 70 21 - Mehriban xanım

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay