A

Bakı Fond Birjası və AzFinance İnvestisiya Şirkətinin birgə təşkilatçılığı ilə kapital bazarları araşdırması üzrə tələbələr arasında yarış keçiriləcək. Yarışma kapital bazarları haqqında məlumatlılığı artırmaq, istedadlı tələbələrə dəstək vermək və onları bu bazara cəlb etmək məqsədilə təşkil olunur.
Müraciət üçün son gün 11 iyundur və məlumatlar aşağıdakı kimidir:
Layihənin adı: Kapital Bazarı Araşdırması
Tapşırıq: 10 yerli şirkətin səhmlərindən yüksək gəlirli portfolio hazırlamaq

· Makroekonomik analiz
· “Top-down” və ya “bottom up” analizin tətbiqi
· Şirkətin daxili dəyərinin hesablanması, səhmlərin qiymətləndirilməsi
· Səhmlərin qiymətinin növbəti 3 il ərzində proqnozu
· Şirkətlərin ən azı 10 maliyyə dəyərlərinin hesablanması
· Portfelin gözlənilən gəliri və riskliliyinin hesablanması
Yarışmada iştirak üçün 5 komanda GPA və intervyu nəticələri üzrə seçiləcək.
Hər komanda 3 nəfərdən ibarət olmalıdır və intervyu 11 İyundan sonra başlayacaq. Araşdırma üzrə hesabat təqdim edildikdən sonra qruplar hazırladıqları portfelin təqdimatını keçirdəcək.
Mükafat:
1. 1000 AZN, təcrübə proqramı, Ticarət üzrə kurs
2. Ticarət üzrə kurs
3. Qısa müddətli təlim
4-cü və 5-ci yerlərə yarışmada iştirak üzrə sertfikat veriləcək.

CV-lərinizi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. adresinə göndərməyiniz xahiş olunur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay