A

UNEC-də Biznes və marketinq analitikası üzrə təlimlərə start verildi.

UNEC Ömürboyu Təhsil Mərkəzində start verilən təlimləri peşəkar ekspert Bəhman Hüseynli aparacaq.

Təlimlər hibrid formada təşkil olunacaq. Real layihələr üzərində çalışmalara üstünlük verilən təlim proqramında iştirakçılar praktiki biliklərə sahib olmaqla, analitik təfəkkür qazanacaqlar, biznes, marketinq sahəsində əldə olan məlumatları doğru şəkildə analiz etməyi, strateji qərarlar verməyi öyrənmiş olacaqlar.

Kursun sonunda iştirakçılar üçün imtahanlar keçiriləcək. Müvəffəqiyyət qazananlar rəsmi UNEC sertifikatı ilə təltif olunacaqlar.

Kursu bitirdikdən sonra dinləyicilər 2 ay ərzində mentor xidmətindən də istifadə edə biləcəklər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay