A

UNEC-də Sumqayıt  Texnologiyalar Data Mərkəzi tərəfindən “Microsoft Azure Administrator”, “Red hat”, “Cisco”, “VMware vSphere: Install, Configure, Manage [V8]” və digər mövzularda təlimlərə start verilir.

UNEC Karyera mərkəzinin, Rəqəmsal İqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə keçiriləcək təlimləri Sumqayıt Texnologiyalar Data Mərkəzinin İnformasiya texnologiyaları departamentinin direktoru İzmir Sadıqov aparacaq.

İlk sessiya 7 mart 10:00 tarixində UNEC-in 3 saylı tədris binasında olacaq.

Təlim aşağıdakı istiqamətləri əhatə edəcək:

- Exam voucher
- Digital book
- Student pass
- Online lab
- Practice test

Proqramda iştirak etmək istəyənlər bakalavr və magistrlər “Azure proqramı” qeyd etməklə, CV-ni Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mailinə göndərə bilərlər.

Sessiyanın sonunda seçilən tələbələrə "STDC" MMC-də təcrübə keçmələrinə şərait yaradılması nəzərdə tutulur. Sessiyalarda iştirak ödənişsizdir.

Əlaqələndirici struktur: UNEC Karyera mərkəzi
Tel.: 1846 daxili (1132)
e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay