A

UNEC-in Elmi Şurasının qərarı ilə Differensial Əməkhaqqı Sisteminin (DƏHS) təkmilləşdirilməsi məqsədilə mövcud Qaydalara müvafiq dəyişikliklər edilib.

UNEC rektorunun müşaviri dosent Elşən Bağırzadə Qaydalara edilən dəyişikliklər barədə “UNEC News”un suallarını cavablandırıb.

- Elşən müəllim, Differensial Əməkhaqqı Sistemində dəyişikliklərin edilməsi hansı zərurətdən yarandı?

-Bildiyiniz kimi, zaman-zaman differensial əmək haqqı sistemində UNEC-in inkişaf hədəflərindən irəli gələrək müəyyən dəyişikliklər edilir. Budəfəki dəyişiklik də eyni qəbildəndir. UNEC əməkdaşlarının yüksək təsir faktoruna malik elmi jurnallarda çap edilən məqalələrinin sayını artırmaq məqsədilə cari tədris ilindən differensial əməkhaqqı sistemində Web of science və Scopus bazalarında indekslənən jurnallarda çap edilən məqalələrə görə ballar jurnalların təsir səviyyəsinə görə differensiallaşdırılacaqdır.

-Dəyişikliklər nədən ibarətdir?

- Qeyd etdiyim kimi, yeni qaydalara görə, Web of science və Scopus bazalarında indekslənən jurnallarda çap edilən məqalələrə görə verilən ballar jurnalların təsir səviyyəsinə görə differensiallaşdırılacaq. Başqa sözlə desək, Q1 kateqoriyalı jurnallar üçün 100 bal, Q2 üçün 90 bal, Q3 üçün 80 bal, Q4 üçün isə 70 bal təsbit edilmişdir.

Əvvəlki qaydada heç bir fərq qoyulmadan  Web of Science jurnalları üçün 100 bal, Scopus jurnalları üçünsə 80 bal təsbit edilmişdi. Yeni dəyişiklik hər iki bazada olan jurnallara münasibətdə eyni şəkildə tətbiq ediləcəkdir.

Yeni dəyişikliklərə əsasən, cari tədris ilindən Q4 kateqoriyalı jurnallarda çap edilən məqalələrə və konfrans məruzələrinə mükafat verilməyəcək. Bu qəbildən əsərlər ancaq differensial əmək haqqı sistemində nəzərə alınacaq. Ancaq Q1, Q2 və Q3 kateqoriyalı jurnallarda çap edilən əsərlərə verilən mükafatlar artırılıb.

Bundan sonra Q1 kateqoriyalı jurnal məqalələrinə 4500 manat, Q2 üçün 3000 manat, Q3 üçün 1500 manat mükafat veriləcək.

Eyni zamanda bu mükafatlar Web of Science və Scopus jurnallarına eyni qaydada tətbiq olunacaq.

Ümumiyyətlə onu deyim ki, artıq nə differensial əmək haqqı sistemində, nə də məqalələrə görə mükafatlandırmada Web of Science və Scopus ayrımı olmayacaq. Artıq hər iki bazadakı jurnalların Q kateqoriyası əsas götürüləcək.

Əvvəllər Scopus bazasında çap edilən məqalələrə daha az bal və mükafat verilirdi, artıq yeni dəyişikliklə bu fərq aradan qalxdı. Nəzərə alsaq ki, UNEC əməkdaşları əsasən Scopus bazasındakı jurnallarda məqalə çap etdirirdilər, bu yeni dəyişikliyin onlar üçün daha faydalı olduğunu deyə bilərik.

CƏDVƏL

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay