A

UNEC İnklüziv Təhsil Mərkəzinin Radio UNEC-də yayımladığı “İnklüziv Təhsil” proqramının növbəti buraxılışı efirə gedib.

Hər həftənin çərşənbə axşamı, saat 11.00-da yayımlan proqramda bu dəfə COP29 və onun fəaliyyət istiqamətlərindən bəhs olunub. UNEC Könüllülüləri Təşkilatı sədri, Sosial iş Klubunun qurucusu, İqtisadiyyat və idarəetmə fakultəsinin IV kurs tələbəsi Xatirə Talıbzadə COP29 konfransının məqsədləri, qlobal iqlim dəyişikliyi və ətraf mühitin qorunması sahəsindəki mühüm qərarları barədə məlumat verib. Həmçinin gənclərin və tələbələrin bu cür qlobal məsələlərə verə biləcəyi töhfələrdən danışıb.

Proqramda inklüziv təhsil anlayışının cəmiyyətə inteqrasiyası və gənc nəslin dünya miqyasında baş verən hadisələrə necə reaksiya verdiyi mövzuları da ön plana çıxarılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay