UNEC Xarici Dillər Departamentinin direktoru, fil.f.d., dos. Aysel Xəlilova Radio UNEC-in “Tələbə rektor” proqramının qonağı olub.
Proqramda A.Xəlilova universitetdə tədris edilən "Xarici dildə işgüzar və akademik kommunikasiya" fənni ilə bağlı sualları cavablandırıb, eləcə də, APTİS imtahanları və "İELTS imtahanına təşviq" layihəsi barədə ətraflı məlumat verib.
Proqram UNEC-in Tələbə rektoru Nihad İsgəndərov tərəfindən təqdim olunub.