Radio UNEC-də yeni layihəyə start verilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və UNEC-in birgə təşkilatçılığı ilə “Export Time” proqramının ilk verilişi efirə gedib.
UNEC Digital Marketinq Mərkəzinin rəhbəri Ramil Cabbarovun apardığı ilk proqramda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə ilə “Export Time” proqramının əhəmiyyəti, ixracatçılara verəcəyi töhfə və mərkəzin fəaliyyət istiqamətlərindən bəhs olunub.
Qeyd edək ki, “Export Time” verilişi ayda 2 dəfə olmaqla, Radio UNEC-də yayımlanacaq. Növbəti “Export Time” noyabrın 2-də efirdə olacaq.
Proqramın audio və videoyazısını təqdim edirik: