A

Radio UNEC-də ilk dəfə olaraq “Tələbə Rektor” layihəsinə start verilib.

Veriliş UNEC-in tələbə-rektoru Elmir Sadıqovun təqdimatında efirə gedir. Veriliş zamanı UNEC-in  müəllim və tələbələri maraqlandıran suallar cavablandırlır, mühüm əhəmiyyət kəsb edən təkliflər işıqlandırılır.  Veriliş vasitəsilə tələbə-rektor qabaqcadan ünvanlanmış sualları cavablandırır, elanlar verilir və fəaliyyəti haqqında hesabat verir. 

Verilişdə cavablandırılması və ya işıqlandırılması üçün sual və təkliflərinizi, bütün korpuslarda, xüsusilə dekanlıqların elan lövhələrində tələbə-rektorun sosial şəbəkələrdə qeyd edilən profilinə yönəldə və ya Radio UNEC-in instagram, facebook səhifələrinə göndərə bilərsiniz. 

İlk "Tələbə Rektor" verilişi 31 oktyabr tarixində radioda səsləndirilmişdir. 

Tələbə-rektor Elmir Sadıqov Radio UNEC dinləyicilərinə müraciət ünvanlayıb:

"Verilişimiz və radiomuz üçün maksimum dinləyici fəallığı arzu edirəm. Nəzərə almaq lazımdır ki, UNEC brendinin tanınması, universitetimizin təhsil mühitinin müasir standartlara cavab verməsi, tədrisin keyfiyyətinin artırılması, UNEC-in reytinq siyahılarında nüfuzlu universitetlərlə birgə sadalanması istiqamətində tərəqqiyə nail olmaq üçün biz birlikdə hərəkət etməliyik. Ona görə də, sizlərdən daxil olan təkliflər və suallar bizim inkişafımız yolunda hər zaman həlledici rol oynayır".

Hər ayın sonuncu həftəsi, çərşənbə günü olmaqla "Tələbə Rektor" verilişi saat 16:00-da Radio UNEC-də efirə gedəcək.

Verilişin səs yazısını təqdim edirik:

  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay