A

Mühəndislik fakültəsinin təşkilatçılığı ilə Gəncə və Mingəçevir məktəblərinin şagirdləri ilə onlayn görüşlər keçirilib.

Şagirdlərdə ilkin mühəndis biliklərinin formalaşdırılması məqsədi ilə keçirilən görüşdə Mühəndislik və tətbiqi elmlər kafedrasının baş müəllimləri Vüsalə Musayeva və Kəmalə Mustafayeva Gəncə şəhərinin 20-dən çox orta ümumtəhsil məktəbinin, o cümlədən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 20, 22, 25, 27, 28, 30 və 33 saylı məktəblərinin, dosent Təranə Səfərova Mingəçevir şəhərinin 9 və 10 saylı məktəblərinin, müəllim Elnur Hüseynzadə Mingəçevir şəhərinin 1 və 2 saylı məktəblərinin, baş müəllim Mətanət Əliyeva Mingəçevir şəhərinin 3 və 6 saylı məktəblərinin, baş müəllimlər Könül Rəhimova və Nigar Mahmudova Mingəçevir şəhərinin 4 və 8 saylı məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşərək, onlara UNEC barədə, eləcə də mühəndislik ixtisaslarının karyera imkanları və gələcək perspektivləri barədə məlumat veriblər. Bildirilib ki, Mühəndislik  fakültəsində “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Qida mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı aparılır.

Görüşlərdə şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay