A

“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyi və UNEC Tələbə Elmi Cəmiyyəti “Alim və ekspertlərin kitabxanası” adlı yeni layihəyə start verir. Layihə çərçivəsində yerli və xarici alim və ekspertlərdən tələbələr üçün kitab tövsiyələri alınacaqdır.

İlk olaraq Türkiyənin görkəmli iqtisadçısı, Dr.Mahfi Eğilmezin  tələbələr üçün kitab tövsiyələrini və bu kitablar haqqındakı fikirlərini təqdim edirik.

  1. Dr. Zeynel Dinler "Mikroekonomi"

“Prof.Dr. Zeynel Dinlerin mikroekonomi kitabı mikroiqtisadiyyatı bütün incəlikləri ilə ələ alan bir kitabdır. Tələbələrə olduqca faydalı olacağı qənaətindəyəm”

  1. Dr. Emeritus Gülten Kazgan kitabı "İktisadi Düşünce. Politik İktisadın Evrimi"

“Prof.Dr. Gülten Kazganın kitabı iqtisadi düşüncə tarixini, bütün nəzəriyyələri və iqtisadçıları tarixi perspektiv çərçivəsindən izah edir. Mənim indiyə qədər oxuduğum ən yetkin iqtisadi düşüncə kitabıdır”

  1. Alaeddin Şenel "Kemirgenlerden Sömürgünlere İnsanlık Tarihi"

“Alaeddin Şenelin kitabı bir dünya tarixi kitabıdır. İbtidai dünyadan başlayır və bütün dünya tarixini sosioloji, siyasi və iqtisadi aspektləri ilə təhlil edir. Mən iqtisadi biliklərimi tamamlamaq üçün bu kitabdan çox şey öyrəndim”.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay