UNEC Kitabxana-İnformasiya Mərkəzinin “Həftənin kitabı” layihəsi çərçivəsində görkəmli alim, Əməkdar elm xadimi, tanınmış ictimai-siyasi xadim, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, UNEC Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərovun 85 illik yubileyinə həsr olunmuş “ŞAHLAR ƏSGƏROV – 85” HƏFTƏSİ” təşkil edilib.
Layihə çərçivəsində Şahlar Əsgərovun zəngin elmi və publisistik irsini gələcək nəsillərə tanıtmaq məqsədilə müəllifin bir sıra kitabları təqdim olunub. Həftə ərzində alimin “Düşüncə tərzi” (2008), “Yonulmuş daş yerdə qalmaz” (2021), “Heydər Əliyevin həyatının unikal səhifələri” (2023), “Düzgün qərarın hikməti” (2025) adlı nəşrləri işıqlandırılıb.
Təqdim olunan kitablarda elm, təhsil, fəlsəfə və cəmiyyət mövzularına dair seçilmiş publisistik məqalələr, strateji düşüncələr, müasir təhsil islahatları, ziyalı məsuliyyəti, eləcə də insanın davamlı özünüinkişaf yolu ilə cəmiyyətdə layiqli mövqe qazanması kimi məsələlər əksini tapıb.
Nəşrlərlə UNEC kitabxanalarında yaxından tanış olmaq mümkündür.