A

UNEC-də 1 gün” layihəsi regionun məktəblilərinin marağına səbəb olub.

Şirvan “İstək” liseyinin 2-ci ixtisas qrupu üzrə təhsil alan 11-ci sinif şagirdləri “UNEC-də bir gün” layihəsində iştirak ediblər.

Şagirdlərə şərti tələbə biletləri təqdim edildikdən sonra rektorun köməkçisi Ramil Cabbarov onlara Cənubi Qafqazın ən böyük iqtisadyönümlü və 4 dildə təhsil verilən yeganə ali təhsil ocağı olan UNEC barədə ətraflı məlumat verib. UNEC-in mübadilə və xüsusi təqaüd proqramları, Montpellier Universiteti ilə ikili diplom, eləcə də Universitet Daxili İkili Diplom (UDİD) proqramları bir günlük tələbələrin xüsusi marağına səbəb olub. İlk dəfə auditoriyada əyləşmək sevincini yaşayan məktəblilər Elektron Universitet Modeli ilə də tanış olublar. Onlara yaxın zamanda UNEC-də 7 gün 24 saat fəaliyyət göstərəcək müasir standartlara cavab verən kitabxananın fəaliyyətə başlayacağı bildirilib.

İngilis dilində təhsil almaq istədiklərini bildirən şagirdlər Beynəlxalq İqtisadiyyat Məktəbinin dərslərində iştirak edib, I kurs tələbələri ilə görüşüblər. Bir günlük tələbələrə ixtisas seçimi ilə bağlı konsultasiya xidməti göstərilib, UNEC-də infotur təşkil olunub.

Dərsdən sonra “bir günlük tələbələr” UNEC Yaradıcılıq Mərkəzinin məşqlərini izləyiblər.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay