Bakının 275 nömrəli məktəbinin yuxarı sinif şagirdləri “UNEC-də bir gün layihəsi”ndə iştirak ediblər.
I və II ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərə UNEC-də bu istiqamət üzrə mövcud olan fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib. UNEC-in xüsusi təqaüd, ikili diplom və mübadilə proqramlarının tələbələrə qazandırdığı üstünlüklərdən bəhs olunub. Sonra abituriyentlər UNEC-in 24/7 kitabxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları, tələbə yeməkxanasında olublar.
Layihə çərçivəsində universitetdə infoturda olan məktəblilər UNEC Enactus komandasının sosial layihə çərçivəsində təşkil etdiyi sərgi ilə də tanış olublar.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.