A

UNEC-də 1 günlayihəsinin növbəti iştirakçıları 189-190 saylı məktəbin yuxarı sinif şagirdləri olub.

II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərə UNEC-də tədris olunan ixtisaslar, ixtisasın qazandırdığı üstünlüklərindən bəhs edilib. Sonra şagirdlərə 4 dildə təhsil verən UNEC-də tədris olunan ixtisaslar, xüsusi təqaüd, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom, mübadilə proqramları, mərkəzləşdirilimiş elektron imtahan prosesi barədə ətraflı məlumat verilib. Bir günlük tələbələr “idarəetmə uçotu” fənnini dinləyiblər. Dərsdən müsbət təəssüratlarla ayrılan bir günlük tələbələr UNEC-də infoturda olublar.

UNEC-in 24/7 kitabxanasını da ziyarət edən abituriyentlər, daha sonra elektron monitorla tanış olublar. Elektron monitorlar vasitəsilə fakültələr haqqında, ikinci əlaçı təqaüdü qazanan və fəal tələbələr, eyni zamanda UNEC-in ikili diplom proqramlar barədə məlumatlar əldə ediblər.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay