A

“Dərs evi” tədris mərkəzinin abituriyentləri “UNEC-də 1 gün” layihəsində iştirak ediblər.

Tədris mərkəzinin I və V ixtisas qrupuna hazırlaşan və xüsusi istedadı ilə seçilən abituriyentləri UNEC-in texniki və texnoloji ixtisaslarının tədris olunduğu 3 saylı binasında olublar.

Abituriyentlərə UNEC-də tədris olunan I və V ixtisaslar barədə ətraflı məlumat verilib.

Xarici universitetlərlə ikili diplom, eləcə də UDİD, minor və beynəlxalq mübadilə proqramları, UNEC-in xüsusi təqaüdü və digər üstünlükləri abituriyentlərin xüsusi marağına səbəb olub.

Sonra abituriyentlər üçün infotur təşkil olunub. Onlar müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, kitabxana, akt zalları, idman zalı, tələbə yeməkxanası, eləcə də universitetin digər inzibati və tədris məkanları ilə tanış olublar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay