A

Kainat Tədris Mərkəzinin abituriyentləri “UNEC-də 1 gün” layihəsində iştirak ediblər.

Tədris mərkəzinin II və III ixtisas qrupu üzrə abituriyentləri tədris mərkəzinin rəhbəri İlqar Ağakişiyevin rəhbərliyi ilə UNEC-də olublar.

Abituriyentlərə UNEC-də tədris olunan ixtisaslar haqqında, xüsusi təqaüd, ikili diplom eləcə də UDİD, minor və beynəlxalq mübadilə proqramlarının tələbələrə qazandırdığı üstünlüklərdən bəhs olunub. Tədbirdə abituriyentlərlə Beynəlxalq İqtisad Məktəbinin (İSE) dekanı Ramil Quluzadə, Beynəlxalq İqtisadiyyat (ingilis dilli) kafedrasının müdiri Altay İsmayılov görüşüb, onlar fakültə və ixtisaslar barədə ətraflı məlumat veriblər. Görüşün sonunda abituriyentlərin sualları cavablandırılıb.

Sonra abituriyentlər üçün infotur təşkil olunub, UNEC-in 24/7 kitabxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları ilə tanış olublar.

“UNEC-də 1 gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə və yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay