A

“UNEC-də bir gün” layihəsi çərçivəsində təhsil ocağımıza abituriyentlərin səfəri davam edir.

Layihənin budəfəki iştirakçıları Fortis Akademiyanın şagirdləri olub. Akademiyanın II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərinə UNEC-in xüsusi təqaüd, xarici universitetlərlə ikili diplom, UDİD və beynəlxalq mübadilə proqramları barədə ətraflı məlumat verilib. Bildirilib ki, 600-dən yüksək bal toplayanlar UDİD proqramına 50% güzəştlə qoşulacaqlar. Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil almaq istədiklərini bildirən abituriyentlər UNEC-in tələbələri üçün yaratdığı imkanları maraqla qarşılayıblar.

Akademiyanın abituriyentləri üçün UNEC-də infotur da təşkil olunub. Onlar oxu zalı, 24/7 kitabxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları, tələbə yeməkxanası, UNEC Radio, Extern Mərkəzi ilə tanış olublar. UNEC Yaradıcılıq Mərkəzinin rəhbəri Elman Cəfərov, Tələbə rektor Cabbar Cəlilov, Extern Mərkəzinin əməkdaşları abituriyentlərlə görüşərək, universitet haqqında əlavə məlumat veriblər, onların suallarını cavablandırıblar.

“UNEC-də bir gün” “layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə və yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay