UNEC Kitabxana İnformasiya Mərkəzinə yanvar-mart ayları ərzində azərbaycan, türk, ingilis və rus dillərində 456 nüsxə müxtəlif nəşrlər daxil olub.
Bunlardan 427 nüsxəsi kitab, 15-i avtoreferat, 14-ü isə jurnaldır. Kitablar arasında Azərbaycan iqtisadiyyatının inkişafı, yaşıl iqtisadiyyat, qlobal problemlərin araşdırılması, mühasibat uçotu, audit, sığorta, pensiya, investisiya, maliyyə, bazar, davamlı və inklüziv inkişaf, maliyyə savadlığı, yumşaq bacarıqlar, sosial işdə fərdi halların idarə edilməsi kimi mövzuları, eləcə də Ümummilli Lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti barədə nəşrlər yer alıb.
Kitablarla tanış olmaq istəyənlər UNEC-in kitabxanalarına müraciət edə bilərlər.