A

UNEC-in Biznes və menecment fakültəsində “Sosial-iqtisadi problemlərin həllində investisiyaların rolu” mövzusunda elmi-seminar keçirilib.

Fakültənin professor-müəllim heyəti ilə yanaşı, doktorant və tələbələrin iştirak etdiyi seminarda fakültənin dekanı, dosent Mirağa Əhmədov investisiyaların  dövlətin iqtisadi inkişafındakı rolundan danışıb və ölkə yaradılan azad investisiya mühitindən bəhs edib.

“Biznesin idarə edilməsi” kafedrasının dosenti Niyazi Həsənov isə bu istiqamətdə ölkədə aparılan uğurlu islahatlardan, investisiya layihələrinin tətbiqi və kompleks təhlilindən irəli gələn texniki, ekoloji, sosial, maliyyə və iqtisadi aspektlindən danışaraq aparılan təhlilərin nəticələri barədə iştirakçılara məlumat verib.

Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay