A

"UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunda (İAETİ) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan Nazirlər Kabinetinin iclasından irəli gələn məsələlərlə bağlı elmi seminar keçirilib".  

Tədbiri İAETİ-nin direktoru, professor Yadulla Həsənli açaraq, 2018-ci il ərzində ölkəmizdə sosial-iqtisadi inkişafın nəticələrinə dair qısa məlumat verərək, ölkəmizin inkişafında müsbət meyilləri qeyd etdi.  

2018-ci il ərzində ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair təqdimatla çıxış edən İAETİ elmi katibi Rafail Rzayev bildirib ki, ötən illə müqayisədə ÜDM-in artımı 1,4%, o cümlədən neft sektorunda 0,6%, qeyri-neft sektorunda isə  1,8% təşkil edib. 2018-ci il ərzində əsas kapitala 17238,2 milyon manat vəsait yönəldilib. İl ərzində xarici ölkələrlə 30,924 milyon ABŞ dolları məbləğində, o cümlədən 19,459 milyon dollarlıq ixrac və 11,465 milyon dollarlıq idxal əməliyyatları aparılmış, nəticədə 7,994 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36,9 faiz artmışdır.

Məruzəçi çıxışında 2018-ci ildə, eləcə də 2019-cu ilin əvvəlində həyata keçirilən institusional və struktur islahatlarından danışaraq, bu islahatların qazanılan uğurların əsası olduğunu qeyd etmişdir.

Çıxışın sonunda məruzəçi iqtisadi artımın artırılması və davamlılığının təmin edilməsi üçün həyata keçirilməli olan tədbirlər haqda təkliflər vermişdir.

Müzakirələrdə UNEC-in elmi işlər üzrə prorektoru, professor Sakit Yaqubov, kafedra müdiri, professor Sifariz Səbzəliyev, kafedra müdiri, professor Məhiş Əhmədov, professor Mübariz Bağırov, UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev, kafedra müdiri əvəzi, dosent Vüsalə Teymurova və digərləri fəal iştirak etdilər.

Məruzəçi tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay