A

UNEC-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə “İsmayıl Şıxlı görkəmli Azərbaycan nasiri kimi” mövzusunda elmi seminar keçirilib.

Biznes və menecment fakültəsi və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə fakültə dekanı, dosent Mirağa Əhmədov dövlətimizin mədəniyyət və incəsənət xadimlərinə olan diqqət və qayğısından danışıb. M.Əhmədov bu tədbirin də “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə Prezidentinin 28 yanvar 2019-cu il tarixli Sərəncamından irəli gələn tədbirlərin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin Tədbirlər planına və UNEC rektorunun müvafiq əmrinə əsasən təşkil olunduğunu bildirib.

“Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli xalq yazıçısı İsmayıl Şıxlının yaradıcılığı barədə çıxış edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Müasir Azərbaycan dili” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov Xalq yazıçısının zəngin yaradıcılığından söhbət açaraq, ədibin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb, yazıçının əsərlərində yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığını bildirib.

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisiləri filologiya elmləri doktorları Lütviyyə Əsgərzadə, Esmira Fuad, həmçinin “Azərbaycan dili” kafedrasının baş müəllimi Mətanət Əmrahova İsmayıl Şıxlının yaradıcılığı haqqında fikirlərini bölüşüblər. Bildiriblər ki, İsmalı Şıxlı öz təbiiliyi, kişi xarakteri, mərdliyi və özünəməxsusluğu ilə xalq arasında böyük nüfuz qazanıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay