Moskva Dövlət Qida İstehsalı Universitetinin təşəbbüsü ilə UNEC-də təlimlərə start verilib.

20 sentyabr- 06 oktyabr tarixinədək keçiriləcək təlimlər “Peşəkar problemlərin həllində VR-AR texnologiyaların tətbiqi”, “Peşəkar fəaliyyətdə texnoloji avadanlıqların 3D modelləşdirilməsindən istifadə” və “Texnosfer təhlükəsizliyinin idarə olunmasına müasir yanaşmalar” mövzularında tərtib olunmuş proqramlar üzrə 72 saat həcmində ödənişsiz təşkil olunacaq.

Kurslar 2 modul üzrə aparılacaq. 20-27 sentyabrda Webinar.ru platformasında onlayn formatda və 04-06 oktyabrda əyani formada praktik tapşırıqların icrası və yekun attestasiyadan, habelə sertifikatların təqdimatından ibarət olacaq.

Tədbirdə iştirak etmək istəyən professor-müəllim heyəti tərəfindən müvafiq sənədlərin (ərizə, pasportun, ali və ya orta ixtisas diplomunun skan olunmuş surətlərini) 20 sentyabr 2021-ci il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərmələri xahiş olunur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay