A

Rəqəmsal İqtisadiyyat fakültəsinin nəzdində fəaliyyət göstərən "Rəqəmsal texnologiyalar və tətbiqi informatika" kafedrasında “Testlərin tərtibatına dair tövsiyələr” mövzusunda növbəti onlayn elmi seminar keçirilib.

Seminarda kafedranın dosenti, ixtisas rəhbəri Təranə Əliyeva səmərəli ali təhsildə keyfiyyətin təmin olunması və test üsulu ilə tələbələrin biliyinin qiymətləndirilməsində test tapşırıqlarının keyfiyyətinin önəmindən danışıb.

Kafedranın baş müəllimi Reyhan Əzizova testlərin tərtibində qarşıya çıxan problemlərdən bəhs edib, kafedranın tədris etdiyi fənlər üzrə test bazasından seçilmiş nümunələr üzərində testlərin tərtibatındakı qüsurları göstərməklə geniş şərhlər verib.

Fakültənin dekanı, dos. Elman Cəfərov testlərin düzgün tərtibatının apellyasiya müraciətlərinin sayına müsbət təsir edəcəyini müəllimlərin diqqətinə çatdırıb.

TOP XƏBƏRLƏR