A

UNEC-in Elmi Fəaliyyətin Təşkili şöbəsinin təşkilatçılığı ilə “Post-konflikt ərazilərdə vergi güzəştləri və onların iqtisadi əhəmiyyəti” mövzusunda seminar keçirilib.

Seminarda UNEC-in Elmi Fəaliyyətin Təşkili şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Nərgiz Hacıyeva çıxış edərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq olunan vergi güzəştləri, onların hüquqi əsasları və iqtisadi məqsədləri barədə tələbələrə ətraflı məlumat verib.

Təqdimatda post-konflikt ərazilərin iqtisadi dirçəldilməsi, investisiyaların təşviqi, sahibkarlığın inkişafı və məşğulluğun artırılması məqsədilə nəzərdə tutulan vergi və gömrük güzəştlərinin mahiyyəti izah olunub.

Seminar çərçivəsində vergi güzəştlərinin tətbiq meyarları, investorlar üçün yaradılan stimullaşdırıcı mexanizmlər, eləcə də bu siyasətin regionun sosial-iqtisadi inkişafına təsiri müzakirə edilib. Nərgiz Hacıyeva qeyd edib ki, vergi güzəştləri post-konflikt ərazilərin bərpası və iqtisadi aktivliyin artırılması baxımından mühüm dövlət dəstək alətlərindən biridir.

TOP XƏBƏRLƏR