UNEC-in “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalına məqalə qəbulu davam edir. Müəlliflər linkindən qeydiyyat keçərək jurnalın şərtlərinə uyğun tərtib olunmuş və əsasən xarici tədqiqatçılar ilə həmmüəllif olduqları məqalələrini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanlarına göndərə bilərlər.
Ədəbiyyat siyahısına nüfuzlu elmi bazalarda indeksləşən məqalə və məruzələrin daxil edilməsi məqsədəuyğundur. İstinad etmək üçün UNEC nümayəndələrinin nüfuzlu elmi bazalardakı məruzə və məqalələri:
ü UNEC The journal of Economic Sciences: Theory and Practice
ü UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri
Jurnal haqqında: “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı 1994-cü ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təsisçiliyi ilə nəşr olunmaqdadır. Elmi nəşr Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.
Beynəlxalq Standart Seriya Nömrəsi "ISSN 2220-8739" olan jurnal 2012-ci ildən etibarən “The Journal of Economic Sciences: Theory and Practice” (JESTP) adı altında ingilis dilində ildə iki dəfə çap edilir. Dövri elmi nəşrin redaksiya heyətinin üzvləri yerli və xarici ölkələri təmsil edən iqtisadçılardan ibarətdir.
Jurnal EBSCO, EconLit, Google Scholar, Index Copernicus International, Turkish Education Index, ResearchBib, Scholar Steer, AcademicKeys, European Reference Index for the Humanities (ERIH), J-Gate, CiteFactor, Open Academic Journals Index, International Institute of Organized Research (O2OR), RootIndexing bazalarında indeksləşməkdədir və onun onlayn elektron arxivi mövcuddur.