A

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında XIII Respublika universiadası keçirilir. Universiada mart-aprel aylarını əhatə edəcək.Universiadaya 11 idman növü - dama, şahmat, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, voleybol, stolüstü tennis, basketbol, badminton, veloidman və atletika daxildir.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) Şahmat–dama klubunda təşkil olunan şahmat üzrə yarışda UNEC tələbələrdən ibarət komanda 15 ali təhsil müəssisəsi arasında I yerə layiq görülüb. Komandanın üzvləri Maliyyə və mühasibat fakültəsinin tələbələri Aqil Pirverdiyev, Aygün Bayramova,Türk dünyası işlətmə fakültəsindən Yalçın Hüseynov, Rus İqtisadiyyat Məktəbindən Nigar Məmmədova, Biznes və menecment fakültəsindən isə Nərmin İsmayılovadır.

Milli Aviasiya Akademiyasının idman kompleksində 14 ali məktəb arasında keçirilən yarışmada isə UNEC tələbələri cüdo üzrə özlərini sınayıblar. UNEC-in İqtisadiyyat fakültəsinin tələbələri Cabbar Əliyev II, Sədi Kurbanov III, Biznes və Menecment fakültəsinin tələbəsi Şəmsi Səfərov isə III yerə layiq görülüb.

Qeyd edək ki, XIII Respublika universiadası Gənclər və İdman, Təhsil nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası ilə razılaşdırılan təqvim planına uyğun olaraq keçirilir.Tələbələrimizi təbrik edirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay