A

Oktyabrın 23-də “UNEC Kuboku – 2017” komandalarının növbəti qarşılaşması baş tutacaq.

Bu dəfə futbol meydançasında A qrupu üzrə “UNEC Beynəlxalq İqtisadiyyat FC” ilə “UNEC United”, B qrupu üzrə isə “Finance-Accounting and SABAH”la “Bussines and Managment” komandaları mübarizə aparacaqlar.

Yarış saat 21:00-da Azfar stadionunda keçiriləcək.

Qeyd edək ki, “UNEC United” komandasını Maliyyə və Təminat Departamenti, Daxili Audit şöbəsi, İnsan resursları və UNEC Biznes Mərkəzinin, “UNEC Beynəlxalq İqtisadiyyat FC” komandasını isə Beynəlxalq İqtisadiyyat Məktəbi və “Beynəlxalq iqtisadiyyat” kafedrasının əməkdaşları təmsil edir.

Menecment fakültəsinin əməkdaşları “Bussines and Managment” komandasında, “Finance-Accounting and SABAH” komandasında isə Maliyyə və Mühasibat fakultəsi ilə SABAH Mərkəzinin əməkdaşları yarışır.

UNEC azarkeşlərini komandalarımıza dəstək olmağa çağırırıq!

Komandalarımıza uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay