UNEC-in Texnologiya və dizayn fakültəsi və “Dizayn” kafedrasının təşkilatçılığı ilə “Fakültənin fəxri məzunları” layihəsi çərçivəsində onlayn görüş keçirilib.
Layihənin iştirakçısı Gilan Texstil Park istehsal müəssisəsinin baş dizayneri Hümeyra Hüseynova olub.
Fakültə dekanı, prof. Vəkil Hüseynov dizayn ixtisasının universitetimizdə yaranma tarixindən və perspektivlərindən bəhs edib. Müxtəlif yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə “Dizayn” ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilərin keçirildiyini və mükafatlar qazandıqlarını diqqətə çatdırıb.
“Dizayn” kafedrasının müdiri, dos.Lalə Məmmədova Gilan Texstil Park istehsal müəssisəsi ilə kafedranın sıx əməkdaşlığından söz açıb. Tələbələrin mütəmadi olaraq həmin müəssisədə infoturda olduqlarının vurğulayıb.
Fakültəsinin fəxri məzunu Hümeyra Hüseynova dizaynerlik fəaliyyətindən danışaraq, həyata keçirdiyi layihələrdən söz açıb. Tələbələrə ixtisasla bağlı öz təcrübələrini bölüşən məzun onlara bu sənətin sirlərini açıqlayaraq, tövsiyələrini verib.
Sonda tələbələri maraqlandıran sualları cavablandırılıb.