A

adalet.az

Çox hörmətli Ədalət müəllim. Bu gün Azərbaycanın elm, təhsil və ictimai həyatında özənə məxsus yeri olan Azərbaycan Dövlət İqtisad Universitetinin 90 yaşı tamam olur. 

Hələ Azərbaycan SSR Xalq Komissarları Sovetinin1930-cu il19 iyuntarixli qərarıAzərbaycan Dövlət Universitetininiqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis ediləndə bu elm müəssisəsinin uğurlu gələcəyindən hər kəs xəbərdar oldu. Doğrudur, yaradılan yeni Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə1933-cü ilədək mövcud oldu. Bundan sonra isə bu təhsil ocağı ölkə həyatına daha geniş müdaxilə etməklə öz pedoqoji və tələbə kontingentini artırdı. Illər keçdikcə onun mütəxəssislərinin səs-sorağı müxtəlif bölgələrdən gəlməyə başladı. Iqtisad Universiteti aparıcı ali təhsil ocaqlarının siyahısına daxil oldu.

Çox hörmətli Ədalət müəllim, bu gün sizin rəhbərlik etdiyiniz Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycanın iqtisadi həyatında peşəkar kadrları ilə öz sözünü deyir. Qazanılan uğurlarda sizin yetirmələrinizin xidməti danılmazdır. Biz də öz növbəmizdə sizi və universitetin müəllim, tələbə kontingentini 90 illik münasibətiylə təbrik edir, daha böyük uğurlar qazanmanınızı arzu edirik.

90 yaşınız mübarək!

Hörmətlə, millət vəkili Aqil Abbas və "Ədalət” qəzetinin kollektivi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay