A

UNEC-in Biznes və menecment fakültəsində 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə seminar keçirilib.

Tədbirdə fakültənin katibi Elxan Salayev çıxış edərək, Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən danışıb və gənclərin bu günün məzmununu dərindən dərk etməsinin vacibliyini vurğulayıb. O, seminarın gənclər arasında milli-vətənpərvərlik ruhunun gücləndirilməsi və tarixi-mənəvi dəyərlərlə bağlı maarifləndirmə baxımından mühüm rol oynadığını qeyd edib.

Elxan Salayev bildirib ki, milli şüurun möhkəmləndirilməsi məqsədilə bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Sonra “Humanitar fənlər” kafedrasının professoru Nizami Süleymanov “Milli Dirçəliş Gününün yaranma tarixi və Azərbaycan xalqının azadlıq, özünü bərqərar etmə və mədəni dirçəliş uğrunda apardığı mübarizə” mövzusunda məruzə ilə çıxış edib. Professor vurğulayıb ki, Bakı, Sumqayıt və Gəncə hadisələri Azərbaycan xalqının milli özünüdərk və müstəqillik yolunda mühüm dönüş nöqtələridir.

Nizami Süleymanov bu hadisələrin xalqımızın hüquqlarını müdafiə etmək, mənəvi-milli dəyərləri qoruyub yaşatmaq və dövlətçilik ənənələrini möhkəmləndirmək istiqamətində göstərdiyi qətiyyətin bariz nümunəsi olduğunu qeyd edərək tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay