İyunun 25-də UNEC-in 90 illik yubileyinə həsr olunan “İqtisadi və sosisl inkişaf” mövzusunda onlayn formada 55-ci beynəlxalq konfrans keçiriləcək.
Konfrans Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Sosial və İqtisadi İnkişaf qurumunun (Economic Social Development – ESD) təşkilatçılığı ilə baş tutacaq.
UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov Karyera Mərkəzinin direktoru Ramil Cabbarovun apardığı canlı yayımda beynəlxalq konfransın əhəmiyyəti barədə danışıb.