A

UNEC-də dərs prosesi ictimaiyyətə açıq keçirilir. “Səs” Media Holdinqə daxil olan eyniadlı qəzet, agentlik və televiziyanın nümayəndələri UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzində qiyabi təhsil alan tələbələrin dərslərində iştirak ediblər. “Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, “Səs” qəzetinin baş redaktor müavini Fətulla Həsənov və SƏS TV-nin redaktoru Cabir Məmmədov dərs prosesini izlədikdən sonra tələbələrlə söhbət ediblər. Tələbələr təhsilin səviyyəsindən razı olduqlarını bildiriblər.

UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev media mənsublarına mərkəzin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, yenidənhazırlanma təhsili üç ixtisas üzrə – ali təhsil bazasında dünya iqtisadiyyatı və maliyyə ixtisasları, orta ixtisas təhsili bazasında isə maliyyə işi ixtisası üzrə Azərbaycan dilində və ancaq əyani formada aparılır. Təkrar ali təhsil isə müəyyən istiqamət və 21 ixtisas üzrə müvafiq fakültələrdə həyata keçirilir. Burada təhsil əyani və qiyabi formalarda aparıla bilər.

Media mənsublarına bildirilib ki, hazırda universitetdə 3, 4 və 5-ci kurslarda dərslər davam edir. Tələbələrin davamiyyəti əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Qiyabi təhsil alan tələbələrin bu tədris prosesində Elektron Universitet modelinin imkanlarından ilk dəfə olaraq geniş istifadə etdikləri və auditoriyalarda quraşdırılan elektron tribunalar vasitəsilə müəllimlərin təqdimatlarını dinlədikləri də onların diqqətinə çatdırılıb.

S.Tanrıverdiyev bildirib ki, UNEC-də qiyabi təhsil alan tələbələr universitetin sosial həyatında da fəal iştirak edirlər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay