A

qht.az

“İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri professor M.A.Əhmədov və bütün professor-müəllim heyəti Türkiyə və Azərbaycan Respublikaları Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini tam dəstəkləyir və onu iki qardaş ölkənin gələcək müstəqil inkişafı baxımından  strateji bir sənəd kimi qiymətləndirir.

Bu barədə QHT.az saytında Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının professor-müəllim heyəti tərəfindən daxil olan məlumatda qeyq olunur.

" Xalqımızın Qurtuluş günündə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan müttəfiqlik Bəyannaməsi mühüm əhəmiyyət kəsb edir. Bu Bəyannamə iki qardaş ölkənin gələcək işbirliyinin mükəmməlliyinin göstəricisidir.

Belə ki, birgə əməkdaşlıq, siyasi əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, bütünlükdə müxtəlif sahələr üzrə görüləcək işlər Cənubi Qafqazda Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsinə, tərəqqisinə inamı gücləndirir. 

Azərbaycan  Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanmış Bəyannamə qardaş ölkələrin rəhbərliyi ilə keyfittətcə yeni regional inkişafın büütün istiqamətlərdə başlanğıcı olmaqla bu münasibətlərin əbədi davamlığına bir möhür vurur. Bakı və Ankara hərbi-siyasi, eləcə də siyasi sahələrdə müttəfiqliklerini  rəsmi şəkildə elan etməklə dünyaya bir daha ismarıc göndərdilər ki, bu iki dövlətin suverenliyinə digər ölkələr heç bir vəchlə müdaxilə edə bilməz. Əks təqdirdə İlham Əliyev -Rəcəb Tayyib Ərdoğan qardaşlığı onların qarşısına sədd çəkməyə hər zaman hazır olacaq. Bəyannamədə ki zəruri məqamlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. 

İnanırıq ki, uzun illərdən bəri ermənilərin qəsb etdikləri Zəngəzurda yeni nəqliyyat dəhlizinin açılması düşmənlərimizin geosiyasi çəkisinə mühüm zərbə olacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay