A

UNEC-in Mühəndislik fakültəsində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş maarifləndirici  tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva bildirib ki, müasir dövrdə bəşəri bəla olan narkomaniya qlobal problem kimi bütün dünyada narahatlıq doğurur. Bu günkü tədbirin də məqsədi prezident İlham Əliyevin müvafiq sərəncamından irəli gələn «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı»nın icrasına dəstək və ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi məqsədilə gənclərimizi məlumatlandırmaqdır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev Dövlət Proqramının məqsədi, hüquq mühafizə orqanları tərəfindən aşkar edilmiş statistika, faktlar üzrə müqayisəli məlumat, narkotikdən istifadənin başlanması mövzusunda çıxış edib. O, həmçinin narkotik istifadəsindən qorunmaq üçün önləyici faktorlar, mübarizə istiqamətlərinin vacibliyi haqqında tələbələrə məlumat verərək, narkotik asılılığın psixoloji səbəbləri, istifadəçilərin fiziki və davranış əlamətlərinin təsvirinə də yer verib.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay