A

UNEC-in bakalavr və magistr tələbələri Rəqəmsal İnkişaf və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Technest” təqaüd proqramında iştirak hüququ qazanıblar.

“Texnolab” MMC-də keçirilən imtahan və müsahibə prosesində şirkətin təsisçisi Şaban Çəərçiyev, direktoru İlkin Nəsirli, UNEC-in Karyera Mərkəzinin direktoru Aytac Rzayeva və mütəxəssislər iştirak ediblər. 

Təqaüd proqramında iştirak etmək hüququ qazanan UNEC-in 16 bakalavr və magistr tələbəsi 8 ay müddətində, həftədə iki dəfə olmaqla, “Texnolab”ın Təlim şöbəsində təcrübə keçəcəklər. Proqramı uğurla bitirənlər nazirlikdə iş imkanı əldə edəcəklər.

TOP XƏBƏRLƏR