A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsi tələbələrinin Təhsil Tələbə Krediti Fondunun (TTKF) əməkdaşı Aysel Həsənova ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq TTKF-in tələbələr üçün yaratdığı imkanlar, ali təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət etdiyini bildirib.

Fondun əməkdaşı Aysel Həsənova geniş təqdimatla çıxış edərək tələbələri fondun yaradılması, fəaliyyəti, fond tərəfindən bu günədək görülən işlər, fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları, kreditin məbləği və qaytarılması müddəti, nəzərdə tutulan güzəştlər və s. barədə ətraflı məlumatlandırıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay