“Coders Azerbaijan” təhsil mərkəzində UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin proqramlaşdırma ixtisasları üzrə təhsil alan, akademiyada tədrisini uğurla bitirən tələbələrin təqdimat günü keçirilib.
Tədbirdə Coders Azerbaijan-nın həmtəsisçisi və idarə heyətinin üzvü Seymur Həmidov çıxış edərək, texnologiyanın günümüzdəki rolu, tələb olunan sahələr və məzunların göstəricilərindən bəhs edib.
Coders Azerbaijan-nın tədris proqramını uğurla bitirən tələbələr və Coders Caravan layihəsinin iştirakçıları təqdimatlarla çıxış ediblər.
Təqdimatda iştirak edən UNEC Karyera mərkəzinin direktoru Aytac Rzayeva və UNEC Tələbə Gənclər Təşkilatının üzvləri layihələrə baxış keçirib, səsvermədə iştirak edərək dəyərləndirmələrini həyata keçiriblər.
Tədbirin sonunda tələbə layihələrinin təhsil sərgisi baş tutub.