A

Polşanın Kazimerz Vielki Universitetinin professoru Adam Jakuszevicz qonaq-mühazirəçi qismində UNEC-də olub.

Erasmus+ mübadilə proqramı çərçivəsində UNEC-ə səfər edən polşalı professor Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova və Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyeva ilə görüşürüb. Görüşdə universitetlərimiz arasında potensial elmi əməkdaşlıq imkanları haqqında müzakirə aparılıb.

Mübadilə proqramı çərçivəsində prof. Adam Jakuszevicz UNEC-in SABAH Mərkəzində tələbələrə “Biznes etikasında seçilmiş mövzular” haqqında mühazirə keçib. Mühazirənin sonunda tələbələrlə sual-cavab təşkil olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay