A

Mayın 12-də Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçusu, UNEC-in məzunu Məhəmməd Qarayev şəhidlik zirvəsinə ucalıb.

UNEC-in Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, Biznes və Menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev şəhid Məhəmməd Qarayevin ailəsinə başsağılığı veriblər, məzarını ziyarət edərək gül dəstələri düzüblər.

Qarayev Məhəmməd Mahir oğlu 2001-cü il noyabr ayının 16-da Qəbələ şəhərində anadan olub. 2007-2018-ci illərdə Qəbələ şəhəri 4 saylı orta məktəbində təhsil alıb. 2018-2022-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində təhsil alıb. 2022-ci ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Mayın 12-də Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Evin tək övladı olan şəhid subay idi.

UNEC kollektivi şəhidə özəl hazırlanmış hədiyyəni və Fəxri Fərmanı şəhidin ailəsinə təqdim edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay