A

UNEC Karyera Mərkəzinin, Maliyyə və mühasibat, SABAH Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq İnsan Resursları Gününə həsr olunan debat keçirilib.

Debatda NA Froup şirkətinin direktoru Nihad Əliyev, şirkətin Baş mühasibi UNEC məzunu Nizami Məmmədov, UNEC-in əməkdaşları və tələbə heyəti iştirak ediblər.

Nihad Əliyev iştirakçılara insan resurslarının idarə edilməsinin strateji əhəmiyyətinin artması, strateji tərəfdaş kimi biznesin inkişafına verdiyi maddi dəyər, İRBT modeli çərçivəsində işçilərin fəaliyyətinin qiymətləndirilməsi metodları və başqa mövzular haqqında məlumat verib, bu modelin şirkətlərdə uğurlu tətbiqinə dair nümunələr göstərilib.

UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekan müavini Əbdülkərim Sadıqov Əmək məcəlləsinə aid tələbələrin suallarını praktik misallarla cavablandırıb. 

Müzakirələrdə aktiv olan tələbələrə hədiyyələr təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay