A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində 28 May-Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri fakültə dekanı dosent Elçin Eyvazov açaraq mlli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirilən islahatlar və insan hüquqları sahəsində atılan addımlar barədə məlumat verib.

Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov tədbirdə qeyd edib ki, bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyən Azərbaycan 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə yenidən öz müstəqilliyini elan edərək, bununla da Azərbaycan Respublikası müstəqilliyin ilk illərində böyük təhlükə ilə üzləşsə belə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz xilas olaraq, sabit inkişaf yoluna qədəm qoymuşdur.

Sonda tədbir maraqlı müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay