A

UNEC-də Karyera Mərkəzinin "Karyera saatı" layihəsinin bu dəfəki qonağı UNEC məzunu Azərbaycan İnsan Resursları Assosiasiyasının “AİRA” həmtəsisçisi Tural Məmmədov olub.

Tural Məmmədov ilk karyera addımlarından başlayaraq rastlaşdığı çətinliklər, əldə etdiyi nailiyyətlər, beynəlxalq və dövlət şirkətlərinin insan resurslarını idarəetməyin üstünlükləri və məsuliyyəti haqqında danışıb. Tural Məmmədov tədbirdə həmçinin təmsil etdiyi qurumda və ümumilikdə iş imkanları, işə qəbul qaydaları haqqında məlumat verərərk bildirib ki, UNEC tələbələrinə və məzunlarına bu sahədə göstərdiyi dəstəyi davam etdirəcək.

Tədbirdə UNEC-in Maliyyə və mühasibat, UNEC Karyera Mərkəzinin və  Hüquq şöbəsinin əməkdaşları, Türk İqtisad Fakültəsinin dekan müavini dosent Cəvahir Quliyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova, UNEC Karyera Mərkəzinin direktoru Aytac Rzayeva iştirak ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay