A

UNEC Biznes Məktəbinin və Biznesin idarə edilməsi kafedrasının professor-müəllim heyəti ilə birlikdə 15 İyun-Milli Qurtuluş Gününə həsr edilmiş seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan kafedra müdiri dosent Sevər Məmmədova qonaqları salamlayaraq, müstəqil Azərbaycan Respublikasının müqəddəratında dönüş nöqtəsi kimi səciyyələndirilən 15 İyun-Milli Qurtuluş Gününün ölkəmizin, dövlətimizin tarixində tutduğu müstəsna əhəmiyyətdən danışaraq, ulu öndər Heydər Əliyevi Azərbaycan xalqının xilaskarı adlandırıb, onun hakimiyyətə qayıdışını böyük bir xalqın qurtuluşu olduğunu, məhz onun sayəsində Azərbaycan Respublikasının dünya xəritəsindən silinmək təhlükəsindən xilas olduğunu qeyd edib. 

Seminarda kafedranın müəllimi Araz Qədimalıyev Milli Qurtuluş Gününün Azərbaycan tarixinin ən şanlı və parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olduğunu bildirib. O, azərbaycançılıq ideologiyasının məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində mənəvi-ideoloji dəyərə çevrildiyini qeyd edib.

UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev seminarda 30 il ərzində azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün dövlət xarici hökumətlər və universitetlər tərəfindən təklif edilən təqaüd proqramlarından danışaraq, ali təhsilin maliyyələşdirilməsinin 2019-2023-cü illər üçün nəzərdə tutulmuş dövlət proqramı əsasında həyata keçirildiyini qeyd edib. N.Hacıyev ulu öndərin ölçüyəgəlməz tarixi xidmətləri barədə danışıb, ümummilli liderin dünya azərbaycanlılarının qəlbində silinməz izlər qoyduğunu qeyd edib, görkəmli dövlət xadiminin sərt və çətin sınaqlarından keçərək, Azərbaycan xalqının istiqlal ruhunu sönməyə qoymayan dahi lider olduğunu vurğulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay