A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 93-cü ildönümü və UNEC Günü münasibətilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə silsilə tədbirlər baş tutub.

UNEC Gününə həsr olunmuş tədbirdə THİK-in təşkilatçılığı ilə bilik yarışı və eyni zamanda kəndir dartma oyunları keçirilib. Eyni zamanda UNEC-in tarixi ilə bağlı tələbələrə suallar verilərək, qalib komandalara və düzgün cavab tapan tələbələrə hədiyyələr verilib. Silsilə tədbirlər sırasında İntellektual yarışlar, futbol turniri, MAGU futbol çempionatı, Debat Turniri, Şahmat turniri, Rəsm müsabiqəsi keçirilib.

UNEC Gününə həsr olunmuş tədbirdə qalib komandalara kubok, medal, diplom və  hədiyyələr təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay