A

UNEC-də Türk Dünyası İqtisad Fakültəsi, İqtisadçı Vətənpərvərlər və Rəqəmsal Könüllülər Təşkilatının təşəbbüsü ilə “Qələbənin addım səsi” adlı tədbir keçirilib.

Tədbirdə Türk Dünyası İqtisad Fakültəsi dekanı Prof.Dr.Mehmet Yüce 44 günlük Vətən müharibəsində adlarını tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımıza, bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən cəsur qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu qeyd edib.

Xüsusi Təyinatlı Qüvvələrin qazisi gizir Xankişi Yusifov və İkinci Qarabağ müharibəsi veteranı Qorxmaz Sadıqzadə tədbirdə öz döyüş yollarından danışaraq, xatirələrini bölüşüblər.

Tədbirdə İkinci Qarabağ müharibəsi ilə bağlı videoçarx və musiqi nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay